“Barselona” ona 100 milyon avro qiymət qoydu
“Barselona” İspaniya millisinin 23 yaşlı yarımmüdafiəçisi Fermín Lopeslə bağlı transfer təkliflərini nəzərdən keçirir.
Sportify.az xəbər verir ki, bu barədə “Caught Offside” X sosial şəbəkəsində məlumat yayılıb.
Mənbənin məlumatına görə, Kataloniya klubu futbolçunu satmaq niyyətində deyil. Lakin maliyyə vəziyyəti səbəbindən “Barselona”nın təxminən 100 milyon avroluq təklif qarşılığında Lopeslə yollarını ayıra biləcəyi bildirilir. Futbolçuya “Çelsi” və PSJ maraq göstərir. Paris təmsilçisinin Lopes üçün rəsmi təklif hazırladığı qeyd olunur.
Lopes 2025-ci ilin yayında “Çelsi”yə keçmək variantını rədd edərək “Barselona”da qalmağa qərar verib. O, fevral ayında Kataloniya klubu ilə müqaviləsini 2031-ci ilə qədər uzadıb.
23 yaşlı yarımmüdafiəçi 2023-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Bu müddətdə 148 oyunda 37 qol və 32 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı futbolçunun təxmini bazar dəyərini 110 milyon avro qiymətləndirir.



No Comment! Be the first one.