Neymara 3 oyunluq cəza
“Santos”un hücumçusu Neymar Braziliya çempionatının növbəti üç oyununda komandasına kömək edə bilməyəcək.
Sportify.az xəbər verir ki, 34 yaşlı futbolçu iki oyunu Braziliya Ali İdman Məhkəməsinin (STJD) İntizam Komissiyasının oktyabrın 28-də qəbul etdiyi qərara əsasən buraxacaq. Daha bir matçda isə sarı vərəqə limitini doldurduğu üçün iştirak etməyəcək.
Neymarın cəzalanmasına səbəb çempionatın 32-ci turunda “Baiya” ilə keçirilən və 1:1 hesabı ilə başa çatan oyunda baş verən insident olub. Qarşılaşmanın fasiləsində Neymar rəqib komandanın yarımmüdafiəçisi Rodriqo Nestorla mübahisə edib və əlini ağzına tutub. Hadisədən sonra braziliyalı futbolçu birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb.
Beləliklə, Neymar oktyabrın 28-də “Palmeyras”, noyabrın 2-də “Braqantino” və noyabrın 18-də “Kuritiba” ilə oyunlarda iştirak etməyəcək.


No Comment! Be the first one.