Harri Keyn komanda yoldaşlarına hədiyyə verməyi planlaşdırır
İngiltərə millisinin və “Bavariya”nın hücumçusu, “Qızıl top”un qalibi Harri Keyn bu uğurunda dəstəyi və töhfəsi olan klub və milli komanda yoldaşlarına xatirə hədiyyələri təqdim etməyi planlaşdırır.
Sportify.az xəbər verir ki, bu barədə Keyn “Bild”ə danışıb.
“Bəzi uşaqlar məndən saat və ya buna bənzər bir şey istəyiblər. Ona görə də həm “Bavariya”, həm də İngiltərə millisindəki oyunçular üçün xoş bir hədiyyə düşünməliyəm. Bunun üzərində fikirləşəcəyəm və hər kəsin yaxşı bir hədiyyə almasına diqqət edəcəyəm” – deyə Keyn bildirib.
2025/26 mövsümündə Keyn “Bavariya” ilə Almaniya Superkubokunu və Almaniya Kubokunu qazanıb, həmçinin Bundesliqanın çempionu olub. İngiltərə millisinin heyətində isə 2026-cı il dünya çempionatında bürünc medal əldə edib.
Keyn 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək “Bavariya” və İngiltərə millisinin heyətində keçirdiyi 65 matçda 73 qol vurub.



No Comment! Be the first one.