“Üzgüçülük hamı üçün” yarışına qeydiyyat başladı
Dekabrın 18-də “Üzgüçülük hamı üçün” yarışına start veriləcək.
Sportify.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Yarışda 9 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Üzgüçülər 14 yaş kateqoriyası üzrə mübarizə aparacaqlar: 10-11, 12-13, 14-15, 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40, 41-45, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı.
Hər yaş kateqoriyasında ölkə üzrə ilk iki yeri tutan iştirakçılar türkdilli dövlətlər arasında keçiriləcək “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə vəsiqə qazanacaqlar.
Yarışda iştirak etmək istəyənlər noyabrın 30-dək (https://swimming.mys.az/) vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, yarışlar dekabrın 18-də saat 10:00-da qeydiyyat səhifəsində göstərilən üzgüçülük hovuzlarında keçiriləcək. İştirakçılar sağlamlıq haqqında arayışı yarış günü saat 08:00-dan 09:00-dək hakimlər heyətinə təqdim etməlidirlər.



No Comment! Be the first one.