Su İdmanı Federasiyası “Zəfər Kuboku” turniri təşkil etdi
Azərbaycan Su İdmanı Federasiyası Zəfər Gününə həsr olunan yelkən idmanı üzrə “Zəfər Kuboku” yarışını keçirib.
Sportify.az xəbər verir ki, noyabrın 7-dən 10-dək təşkil olunan turnirdə 20-dən çox idmançı 4 kateqoriya üzrə mübarizə aparıb.
Yarışda Optimist yeniyetmələr (Junior), Optimist ümumi kateqoriya, Optimist qızlar və ILCA 4 sinifləri üzrə qaliblər və mükafatçılar müəyyənləşib.
Turnirin texniki nəticələri:
Optimist yeniyetmələr (Junior):
1. Kamilla Həsənova
2. Gülnisə İsmayılova
3. Leyli Məmmədli
Optimist ümumi kateqoriya:
1. Kamal Bəşirli
2. Amin Cəlilzadə
3. Nurlan Ağazadə
Optimist qızlar:
1. Kamilla Həsənova
2. Səma Mansurzadə
3. Yağmur Həsənli
ILCA 4:
1. Mikayıl Məmmədzadə
Qaliblərə və mükafatçılara Azərbaycan Su İdmanı Federasiyası tərəfindən diplomlar təqdim olunub.



No Comment! Be the first one.