“Sabah”ın futbolçusu sabiq klubuna qayıtmaq istəyir
“Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaç gələcəkdə ölkəsinin “Lex” klubuna qayıtmaq istədiyini bildirib.
Sportify.az xəbər verir ki, 27 yaşlı futbolçu bu barədə Polşanın “Meczyki” nəşrinə müsahibəsində danışıb.
“Lex”ə qayıtmaq istəyib-istəmədiyi ilə bağlı suala Puxaç belə cavab verib:
“Əlbəttə, əlbəttə. Bunun üçün çalışacağam. “Lex” inanılmaz dərəcədə inkişaf edən klubdur. Bunu görmək çox xoşdur. Klub böhran yaşadığı vaxt orada çıxış edirdim. Birlikdə bu vəziyyətdən çıxdıq, gənc futbolçuların inkişafına kömək etdik və Avropa Liqasına vəsiqə qazandıq”.
Polşalı futbolçu İngiltərə Premyer Liqasında da özünü sınamaq istədiyini bildirib.
Qeyd edək ki, “Lex”in yetirməsi olan Puxaç bu klubun əsas komandasında 82 oyun keçirib, 7 qol vurub və 12 məhsuldar ötürmə edib. 2021-ci ildə Berlin “Union”una transfer olunan müdafiəçi daha sonra “Trabzonspor”, “Panatinaikos”, “Kayzerslautern”, “Holşteyn Kil” və “Plimut”da çıxış edib.
Timoteuş Puxaç 2025-ci ildən “Sabah”da oynayır. Onun Bakı klubu ilə müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.



No Comment! Be the first one.