“Xankəndi” FK doğma şəhərinə köçməyi planlaşdırır
“Xankəndi” Futbol Klubunun əsas hədəflərindən biri komandanın fəaliyyətini daimi olaraq doğma şəhərində təşkil etməkdir.
Bu barədə klubun mətbuat xidmətindən Sportify.az-a məlumat verilib. Klubun maddi-texniki bazasının formalaşdırılması və lazımi infrastrukturun yaradılmasından sonra komandanın Xankəndiyə köçürülməsi nəzərdə tutulur.
Hazırda şəhərdə komandanın daimi yerləşməsi üçün zəruri infrastruktur tam formalaşmadığından futbolçular və məşqçilər heyəti fəaliyyətlərini Bakıda davam etdirirlər. Bu səbəbdən komanda hələlik oyunlarda iştirak etmək üçün Xankəndiyə səfər edəcək.
Klub rəhbərliyi Xankəndi şəhər nümayəndəliyi ilə müvafiq məsələlər üzrə əlaqələrin qurulmasını, həmçinin komandanın yerləşəcəyi binanın müəyyənləşdirilməsi istiqamətində işlərin aparılmasını planlaşdırır.
İlkin plana əsasən, zəruri təşkilati və infrastruktur məsələləri həll olunduqdan sonra komandanın qış fasiləsindən sonra Xankəndiyə köçürülməsi nəzərdə tutulur. Köçürülmənin dəqiq vaxtı isə müvafiq şəraitin yaradılmasından asılı olacaq.
Qeyd edək ki, “Xankəndi” FK-nın əsas prioritetlərindən biri təkcə ev oyunlarını doğma meydanda keçirmək deyil, həm də klubun gündəlik fəaliyyətini Xankəndidə qurmaq, şəhərin idman həyatına inteqrasiya olunmaq və bölgədə futbolun inkişafına uzunmüddətli töhfə verməkdir.



No Comment! Be the first one.