Qvardiola Səudiyyə Ərəbistanından gələn təklifləri rədd etdi
İspaniyalı mütəxəssis Xosep Qvardiola Səudiyyə Ərəbistanından bir neçə təklif alsa da, onları nəzərdən keçirməkdən imtina edib.
Sportify.az xəbər verir ki, bu barədə “Sport” nəşri məşqçinin agenti Xosep Mariya Oroviçə istinadən məlumat yayıb.
“Son günlər vasitəçilər üzərindən Səudiyyə Ərəbistanından təkliflər almışıq. Qvardiola onları nəzərdən keçirməkdən qəti şəkildə imtina edir”, – deyə mütəxəssisin nümayəndəsi bildirib.
Oroviçin sözlərinə görə, 55 yaşlı ispaniyalı məşqçi gələcəyi ilə bağlı müzakirələrə növbəti mövsümün başlanmasına qədər başlamağı planlaşdırmır.
Daha əvvəl Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu və ölkənin Futbol Federasiyasının Qvardiolanın xidmətində maraqlı olduğu bildirilmişdi.



No Comment! Be the first one.