Tuxel: Harri Keynin oyun üslubu unikaldır
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel UEFA Millətlər Liqasının V turunda Xorvatiya ilə keçiriləcək oyunöncəsi hücumçu Harri Keynin oyun üslubu barədə fikirlərini bölüşüb.
Sportify.az xəbər verir ki, almaniyalı mütəxəssis Keynin Lionel Messidən fərqli oyun tərzinə malik olduğunu bildirib:
“Düşünürəm ki, Harri özünəməxsus oyun üslubuna malikdir. Məsələn, Lionel Messi “Barselona”da “9 nömrə” mövqeyində tamamilə yeni oyun tərzi formalaşdırmışdı. O, meydanın müxtəlif istiqamətlərinə hərəkət edir, daha çox driblinq edir və bu zonalardan sürətlənirdi. Harri isə daha çox ötürmələr verir və ötürmələr hesabına hücuma qoşulur.
O, yalnız meydanın dərinliyində oynamır, həmçinin cərimə meydançasında və onun ətrafında da mövqe tutur. Komanda yoldaşları topun cərimə meydançasında Harrinin qarşısına düşməsini, onun isə bir və ya iki toxunuşla zərbə endirməsini istəyirlər”, – deyə Tuxel UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.
Qeyd edək ki, İngiltərə – Xorvatiya oyunu noyabrın 12-də Londonun “Uembli” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



No Comment! Be the first one.