Harri Keyndən rekord
İngiltərə millisinin hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının A Liqasının qrup mərhələsinin V turunda Xorvatiya ilə qarşılaşmada yeni rekorda imza atıb.
Sportify.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən görüş Keyn üçün milli komandanın heyətində 126-cı oyun olub. Bununla da 32 yaşlı futbolçu 1970-1990-cı illərdə İngiltərə millisində 125 matç keçirən qapıçı Piter Şiltonun rekordunu geridə qoyub.
İngiltərə millisində ən çox oyun keçirən futbolçuların ilk beşliyi belədir:
-
Harri Keyn – 126 oyun
-
Piter Şilton – 125 oyun
-
Ueyn Runi – 120 oyun
-
Devid Bekhem – 115 oyun
-
Stiven Cerrard – 114 oyun


No Comment! Be the first one.