Şimali İrlandiya, Avstriya, İsveç və Rumıniyadan qələbə, Portuqaliyadan məğlubiyyət – YENİLƏNDİ
UEFA Millətlər Liqasında V turun daha 8 oyunu keçirilib.
Sportify.az xəbər verir ki, A Liqasında 4-cü qrupun oyunlarında Norveç evdə İrlandiyaya qalib gəlib – 3:1.
Portuqaliya isə öz meydanında Danimarkaya 1:4 hesabı ilə uduzub. Bu, pireneylilərin qrupda ilk məğlubiyyəti olub.
B Liqasında isə 3 qrupda 6 oyun gerçəkləşib. 2-ci qrupda Gürcüstan evdə Macarıstana 0:2, Ukrayna isə səfərdə Şimali İrlandiyaya 0:1 hesabı ilə yenilib.
3-cü qrupda Kosovo İsraillə qolsuz heç-heçə edibsə, Avstriya İrlandiyaya minimal hesabla qalib gələrək, liderliyi təmin edib.
4-cü qrupda Bosniya və Herseqovina səfərdə İsveçə 2:3, Polşa Rumıniyaya 1:2 hesabı ilə məğlub olub.
UEFA Millətlər Liqası
V tur
14 noyabr
A Liqası
4-cü qrup
21:00. Norveç – Uels – 3:1
Qollar: Antonio Nusa, 59. Andreas Şelderup, 68. Erlinq Holann, 88 (pen.) – Devid Bruks, 79
23:45. Portuqaliya – Danimarka – 1:4
Qollar: Bernardu Silva, 90+3 – Pyer Emil Höyberq, 43 (pen.). Rasmus Höylunn, 50; 57. Yoakim Andersen, 75
Xal durumu: Portuqaliya – 12, Danimarka – 9, Norveç – 6, Uels – 3.
B Liqası
2-ci qrup
21:00. Gürcüstan – Macarıstan – 0:2
Qollar: Laşa Dvali, 73 (öz qapısına). Barnabaş Varqa, 85
23:45. Şimali İrlandiya – Ukrayna – 1:0
Qol: Terri Devlin, 68
Xal durumu:Şimali İrlandiya – 11, Macarıstan – 10, Ukrayna – 4, Gürcüstan – 2.
3-cü qrup
18:00. Kosovo – İsrail – 0:0
Qırmızı vərəqə: Veldin Hoca, 67 (Kosovo)
23:45. Avstriya – İrlandiya – 1:0
Qol: Saşa Kalayciç, 79
Xal durumu: Avstriya – 11, Kosovo – 6, İrlandiya – 5, İsrail – 3.
4-cü qrup
23:45. İsveç – Bosniya və Herseqovina – 3:2
Qollar: Daniel Svensson, 5. Viktor Dökereş, 11 (pen.); 45+2 (pen.) – Armin Giqoviç, 47. Sead Kolaşinats, 62
23:45. Rumıniya – Polşa – 2:1
Qollar: Aleksandru Çikıldeu, 68. Dennis Man, 72 – Martsel Requla, 82
Xal durumu: İsveç – 13, Bosniya və Herseqovina – 8, Polşa – 4, Rumıniya – 3.


No Comment! Be the first one.