"Qarabağ"ın qapıçısı millidə 3 top buraxdı
UEFA Millətlər Liqasında B liqasının 4-cü qrupunda İsveç millisi doğma meydanda Bosniya və Herseqovina yığmasını 3:2 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, qonaqların heyətində “Qarabağ”ın legioneri Martin Zlomisliç qapısından 3 top buraxıb. Bosniyalı qolkiper oyuna start heyətdə başlayıb və sonadək meydanda olub.
Zlomisliçin çıxışı 6 balla qiymətləndirilib.
Qeyd edək ki, Bosniya və Herseqovina yığması 8 xalla 2-ci pillədə qərarlaşıb. İsveç isə 13 xalla liderdir.


No Comment! Be the first one.