Bellinqemdən uzunmüddətli müqavilə
İspaniya klubu “Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem klubla uzunmüddətli yeni müqavilə imzalayıb.
Sportify.az xəbər verir ki, bu barədə İspaniyanın “Diario AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.
Bildirilib ki, yenilənmiş müqaviləyə əsasən, Bellinqemin maliyyə şərtləri yaxşılaşdırılıb və maaşı artırılıb. Bu qərarın futbolçunun komandanın oyunundakı təsiri və baş məşqçi Joze Mourinyonun taktiki planlarında tutduğu mühüm rolla əlaqəli olduğu iddia edilir.
Qeyd edək ki, Bellinqem 2023-cü ilin yayında Dortmund “Borussiya”sından 103 milyon avro qarşılığında “Real Madrid”ə keçib. İngiltərəli futbolçu Madrid klubunun heyətində Çempionlar Liqasının, İspaniya çempionatının və UEFA Superkubokunun qalibi olub.



No Comment! Be the first one.