Lamin Yamal dünyanın ən yaxşı futbolçusu seçildi
İspaniyanın “Barselona” klubunun vingeri Lamin Yamal ESPN nəşrinin versiyasına görə dünyanın ən yaxşı futbolçusu seçilib.
Sportify.az xəbər verir ki, reytinqdə ikinci yeri “Real Madrid”in ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqem tutub. İlk üçlüyü Münhen “Bavariya”sının fransalı vingeri Maykl Olise tamamlayıb.
İlk beşlikdə, həmçinin “Barselona”nın braziliyalı hücumçusu Rafinya və 2026-cı ilin “Qızıl top”unun sahibi, “Bavariya”nın ingiltərəli forvardı Harri Keyn yer alıb.
Reytinqin ilk onluğuna Kilian Mbappe (“Real Madrid”), Deklan Rays (“Arsenal”), Erlinq Holann (“Mançester Siti”), Pedri (“Barselona”) və Vitinya (PSJ) də daxil edilib.
Qeyd edək ki, Yamal “France Football” jurnalının oktyabrın 27-də Londonda təşkil etdiyi “Qızıl top” mərasimində səsvermənin nəticələrinə əsasən üçüncü yeri tutmuşdu.



No Comment! Be the first one.