Gülər Hüseynova: Qazandığım gümüş medal gələcək uğurlarıma təkan verəcək
“Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində gümüş medal qazanan ilk azərbaycanlı xanım boksçu kimi Vətənə qayıtmaq çox gözəl hissdir”.
Sportify.az Milli Olimpiya Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Seneqalın paytaxtı Dakarda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycanın xanım boksçusu Gülər Hüseynova Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində deyib.
O qeyd edib ki, bu nəticə Azərbaycan boks idmanı tarixində yeni bir səhifədə yer alacaq: “İnanıram ki, Dakar-2026 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əldə etdiyim bu mükafat gələcək uğurlarıma təkan verəcək. Arzu edirəm ki, belə bir parlaq nəticəni yaxın gələcəkdə böyüklərin Yay Olimpiya Oyunlarında təkrarlayım”.



No Comment! Be the first one.