Türkiyə bütün oyunlarında, İspaniya 43 matçdan sonra uduzdu – YENİLƏNDİ
UEFA Millətlər Liqasının qrup mərhələsində VI tura start verilib.
Sportify.az-ın məlumatına görə, A və C liqalarında ümumilikdə 8 qarşılaşma keçirilib.
Gecənin mərkəzi görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəlib. Madriddəki “Metropolitano” stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:2.
Bununla da İngiltərə İspaniyanın 2024-cü ildən davam edən 43 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyaraq, A Liqasında 15 xalla 3-cü qrupun qalibi olub. Eyni miqdarda xal toplayan İspaniya ikinci yeri tutub. Hər iki komanda 1/4 finala yüksəlib.
1-ci qrupda isə Türkiyə 6-cı oyununda 6-cı məğlubiyyətlə üzləşib. Fransa ilə səfər matçında 1:2 hesabı ilə uduzan “ay-ulduzlular” A Liqasında qrup sonuncusu olub. “Xoruzlar” isə 13 xalla 1-ci yeri tutublar və İtaliyanı 4:1 hesabı ilə yenən Belçika ilə birlikdə 1/4 finala yüksəliblər.
15 noyabr
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 6-cı tur
A Liqası
1-ci qrup
23:45. Fransa – Türkiyə – 2:1
Qollar: Emirhan Topcu, 49 (öz qapısına). Eli Junior Krupi, 80 – Abdulkerim Bardakcı, 90
23:45. Belçika – İtaliya – 4:1
Qollar: Maksim De Keyper, 15. Natan Nqoy, 22. Jeremi Doku, 26. Dieqo Moreyra, 80 – Pedro Esposito, 11
İstifadə olunmamış penalti: Pio Espozito, 90 (İtaliya)
Xal durumu: Fransa – 13, Belçika – 12, İtaliya – 10, Türkiyə – 0.
3-cü qrup
23:45. Xorvatiya – Çexiya – 2:1
Qollar: İvan Perişiç, 2. Lovro Mayer, 87 – Adam Hlojek, 84
23:45. İspaniya – İngiltərə – 2:3
Qollar: Mikel Oyarsabal, 65 (pen.). Niko Uilyams, 75 – Harri Keyn, 45 (pen.). Ezri Konsa, 53. Ben Uayt, 57
Qırmızı vərəqə: Elliot Anderson, 63 (İngiltərə)
Xal durumu: İngiltərə – 15, İspaniya – 15, Xorvatiya – 6, Çexiya – 0.
C Liqası
1-ci qrup
21:00. Finlandiya – San Marino – 7:2
Qollar: Adrian Svanbek, 8; 20; 79. Leo Valta, 17. Yoel Pohyanpalo, 36; 42. Daniel Hokans, 70 – Nikola Nanni, 26 (pen.); 76.
21:00. Belarus – Albaniya – 0:2
Qollar: Rey Manay, 28. Elseid Hüsay, 57
Xal durumu: Albaniya – 15, Belarus – 10, Finlandiya – 10, San Marino – 0.
2-ci qrup
18:00. Latviya – Ermənistan – 0:0
18:00. Kipr – Monteneqro 1:4
Qollar: İoannis Pittas, 52 (pen.) – Milutin Osmayiç, 5. Milan Vuktiç, 58. Nikola Krstoviç, 67; 83
Xal durumu: Monteneqro – 16, Kipr – 8, Ermənistan – 6, Latviya – 2.


No Comment! Be the first one.