“Zenit” “Trabzonspor”u darmadağın etdi
“Winline Super Seriyası” çərçivəsində keçirilən yoldaşlıq görüşündə “Zenit” (Rusiya) “Trabzonspor”u (Türkiyə) 3:0 hesabı ilə məğlub edib.
Sportify.az xəbər verir ki, Sankt-Peterburqdakı “Qazprom Arena”da baş tutan qarşılaşmada meydan sahibləri inamlı qələbə qazanıblar.
“Zenit”in heyətində Felipe Auqusto və Aleksandr Sobolev fərqləniblər. Matçın 59-cu dəqiqəsində isə Güren Əhmət Cemil topu öz qapısına göndərib.
Qeyd edək ki, Rusiya Premyer Liqasında 14 turdan sonra 31 xal toplayan “Zenit” əlavə göstəricilərə görə Moskva “Dinamo”sunu qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.
“Trabzonspor” isə Türkiyə Super Liqasında 11 oyundan sonra 25 xalla ikinci pillədə qərarlaşıb.



No Comment! Be the first one.