“Neftçi”nin məşqinə əvəzedici komandadan futbolçular qoşuldular
“Neftçi” növbəti matça hazırlığını davam etdirir.
Sportify.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan məşq proseslərində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, “Neftçi”nin əvəzedici komandasından bir neçə oyunçu məşqlərə qatılıb.
Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan “ağ-qaralar” bu gün ikitərəfli oyun keçiriblər.
Qeyd edək ki, “Neftçi” Misli Premyer Liqasında növbəti matçını noyabrın 22-də “Araz-Naxçıvan”a qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:30-da start götürəcək.



No Comment! Be the first one.