Lamin Yamal millidə 10 nömrəli forma ilə çıxış edəcək
Lamin Yamal Millətlər Liqası çərçivəsində İngiltərəyə qarşı keçiriləcək oyunda İspaniya millisinin heyətində 10 nömrəli forma ilə meydana çıxacaq.
Sportify.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
19 yaşlı futbolçu indiyədək milli komandada 19 nömrəli forma ilə çıxış edib. Zədəli Dani Olmonun yoxluğu səbəbindən Yamal İngiltərə ilə görüşdə 10 nömrəli formanı geyinəcək. O, bu nömrə ilə “Barselona”da da çıxış edir.
Yamal dizindəki problemlərə görə İspaniya millisinin Çexiya ilə əvvəlki matçını (2:0) buraxıb. Baş məşqçi Luis de la Fuente hücumçunun zədəsini sağaltdığını və İngiltərə ilə qarşılaşmada oynamağa hazır olduğunu təsdiqləyib.
Qeyd edək ki, İspaniya – İngiltərə matçı bu gün Madriddəki “Metropolitano” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.



No Comment! Be the first one.