Ronaldinyo 8 ildən sonra peşəkar futbola qayıtdı
Braziliyalı futbolçu Ronaldinyo İtaliyanın “Ravenna” klubunun heyətində meydana çıxıb.
Sportify.az xəbər verir ki, 46 yaşlı keçmiş yarımmüdafiəçi C Seriyasının 14-cü turunda “Forli”yə qarşı keçirilən oyunda start heyətdə yer alıb.
Ronaldinyo 2026-cı il iyunun 23-də Mayamidə “Ravenna” ilə müqavilə imzalayıb. Braziliyalı futbolçu eyni zamanda klubun səhmlərinin bir hissəsini də əldə edib.
Ronaldinyonun son klubu 2015-ci ildə çıxış etdiyi “Fluminense” olub. Karyerası ərzində o, “Qremio”, PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro” və Meksikanın “Keretaro” komandalarında oynayıb. Futbolçu 2018-ci ilin yanvarında peşəkar karyerasını başa vurduğunu açıqlamışdı.



No Comment! Be the first one.