Romelu Lukaku milli komanda karyerasını bitirdi
Belçika millisinin və Türkiyə təmsilçisi “Fənərbağça”nın hücumçusu Romelu Lukaku yığmadakı karyerasını başa vurmaq qərarına gəlib.
Sportify.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Lukaku vida müraciətində 16 il ərzində milli komandada keçirdiyi günlərə görə minnətdarlığını bildirib:
“Bu 16 il ərzində milli komanda üçün əlimdən gələni etdim. Mümkün olan bütün hissləri yaşadım və möhtəşəm komanda yoldaşlarımla birlikdə çıxış etdim. Onların hər birinə təşəkkür edirəm. Mənə güvənən və komandaya kömək etməyim üçün şərait yaradan bütün məşqçilərə də minnətdaram.
Bu, gözəl bir səyahət idi və hər anından zövq aldım. Dəstəyinə görə Belçika azarkeşlərinə təşəkkür edirəm. Ölkəmi 4 dünya çempionatında və 3 Avropa çempionatında təmsil etdiyim üçün qürur duyuram. Həmin anları heç vaxt unutmayacağam.
Bu qərarı verməkdən sonra özümü rahat hiss edirəm. Hər şey möhtəşəm idi. Bu yoldan zövq aldım və minnətdaram. Təşəkkürlər!”
Qeyd edək ki, Lukaku Belçika millisinin Türkiyə ilə qarşılaşmasından əvvəl zədələnərək komandanın düşərgəsini tərk edib.



No Comment! Be the first one.