“Qalatasaray” ev oyununu başqa stadionda keçirəcək
“Qalatasaray” Türkiyə Super Liqasının XII turunda “Samsunspor”la qarşılaşmasını doğma stadionunda keçirə bilməyəcək.
Sportify.az xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin ev oyunlarını keçirdiyi Ali Sami Yen İdman Kompleksinin ot örtüyündə yenilənmə işlərinin aparılmasıdır.
Klubun mətbuat xidmətinin məlumatına görə, noyabrın 21-də baş tutacaq qarşılaşma “Başakşehir”in ev oyunlarını keçirdiyi Fatih Terim Stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq matçda “Qalatasaray” “Samsunspor”u qəbul edəcək.
Qeyd edək ki, 11 turdan sonra 28 xal toplayan “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. 7 xalı olan “Samsunspor” isə 17-ci pillədə qərarlaşıb.



No Comment! Be the first one.