UEFA İnfantinoya alternativ tapdı
Sportify.az xəbər verir ki, UEFA prezidenti Aleksander Çeferinin sədrliyi ilə keçirilən iclasda Avropa futbol qurumlarının nümayəndələri Dialloya 2027-ci ilin martında keçiriləcək FIFA prezident seçkilərində namizəd olmaq təklifini irəli sürüblər və ona tam dəstək verəcəklərini bildiriblər.
Diallo futbolun müxtəlif idarəetmə səviyyələrində geniş təcrübəyə malikdir. O, Fransa peşəkar futbol klublarını təmsil edən təşkilata rəhbərlik edib, ölkənin Peşəkar Liqasının İdarə Heyətində və FIFA-nın mübahisələrin həlli strukturlarında fəaliyyət göstərib. 2023-cü ildə FFF-nin prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü seçilib.
FIFA-nın hazırkı idarəçilik istiqaməti ilə bağlı ciddi narahatlıqlarını ifadə edən Avropa milli assosiasiyaları dünya futbolunda birliyin və etimadın bərpasına çağırıblar.
Onlar FIFA-nın dünyanın bütün regionlarında futbolun inkişafını əsas prioritetə çevirməli, ən yüksək idarəçilik standartlarına əməl etməli, üzv assosiasiyalar, konfederasiyalar və futbol ictimaiyyətinin digər təmsilçiləri ilə sıx əməkdaşlıq qurmalı olduğunu vurğulayıblar.
Avropa futbol qurumları bu məqsədlərə çatmaq üçün Filip Diallonun lazımi liderlik keyfiyyətlərinə malik olduğuna tam əminlik ifadə ediblər.
Diallo namizəd olmaq təklifini qəbul edib. Onun namizədliyi noyabrın 17-də keçiriləcək FFF İcraiyyə Komitəsinin iclasında rəsmən təsdiqlənməlidir.



No Comment! Be the first one.