Emin Mahmudov millimizlə belə vidalaşdı - VİDEO
“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan milli komandasındakı karyerasını başa vurub.
Sportify.az xəbər verir ki, vida matçı Andorra ilə səfərdə keçirilən yoldaşlıq görüşünə təsadüf edib.
65-ci dəqiqədə 34 yaşlı yarımmüdafiəçi meydanı komanda yoldaşlarının alqışları ilə tərk edib. Mahmudovla oyunun referisi də sağollaşıb.
Təcrübəli futbolçunu “Sumqayıt”dan dəvət almış Emil Mustafayev əvəzləyib.
Qeyd edək ki, Emin Mahmudov Azərbaycan millisində 66 oyuna 16 qol vurub. O, yığmanın bombardiridir.



No Comment! Be the first one.