Millimiz Andorraya səfərdə qalib gəldi - YENİLƏNDİ
Azərbaycan millisi 2026-cı ildə son oyununu keçirib.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv səfərdə Andorra ilə üz-üzə gəlib.
İspaniyalı FIFA referisi Xose Luis Munueranın idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 3:1.
Artıq 2-ci dəqiqədə Azərbaycan millisi hesabı açıb. “Qəbələ”dən dəvət almış müdafiəçi debüt matçındaca fərqlənməyi bacarıb.
İkinci qol isə ikinci hissənin ikinci dəqiqəsində vurulub. 47-ci dəqiqədə Musa Qurbanlı yığmada 5-ci qoluna imza atıb.
55-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Riçard Fernandes fərqi azaldıb.
65-ci dəqiqədə isə kapitan Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşıb. Mahmudovun əvəzinə meydana Emil Mustafayev daxil olub.
70-ci dəqiqədə isə son qol vurulub. Toral Bayramov penaltini dəqiq yerinə yetirərək, Azərbaycan millisinə səfərdə inamlı qələbə qazandırıb.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteynə qalib gəlib – 1:0.
22:00. Andorra – Azərbaycan – 1:3
Qollar: Riçard Fernandes, 55 – Eşqin Əhmədov, 2. Musa Qurbanlı, 47. Toral Bayramov, 70 (pen.)
Baş hakim: Xose Luis Munuera (İspaniya)
“Estadi de la FAF” stadionu.



No Comment! Be the first one.