“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi “Kolossos”la qarşılaşıb.
Sportify.az xəbər verir ki, C qrupunun VII turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub – 78:79.
Matç Falirakidəki “Kalliteya” zalında keçirilib.
Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycan təmsilçisi 7 xalla sonuncu – altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın “Rilski Sportist” klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.



No Comment! Be the first one.