Millimiz FIFA reytinqində irəlilədir
Futbol üzrə Azərbaycan yığması FIFA reytinqində 3 pillə irəliləyib.
Sportify.az xəbər verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda hazırda 1145.18 xalla 124-cü yerdədir.
Komanda UEFA Millətlər Liqasında Lixtenşteyni (1:0), beynəlxalq yoldaşlıq matçında isə Andorranı (3:1) məğlub edib.
Xatırladaq ki, FIFA reytinqinin ilk sırasında İspaniya (2004.48) seçməsi qərarlaşıb. Argentina millisi (1966.13) ikinci, Fransa komandası (1950.82) üçüncüdür.



No Comment! Be the first one.