Ronaldunun anası: Portuqaliya millisinin məğlubiyyətinə sevindim
Portuqaliya millisinin sabiq futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru oğluna milli komandada lazımi hörmətin göstərilmədiyini iddia edib.
Sportify.az xəbər verir ki, o, Portuqaliya yığmasının Danimarkaya 1:4 hesabı ilə məğlub olmasına da münasibət bildirib.
Dolores Aveyru yerli jurnalistlərə açıqlamasında bu nəticəyə görə məyus olmadığını, əksinə, Portuqaliyanın uduzmasına sevindiyini deyib:
“Ronaldo çox məyusdur və hər şeyin fərqli olmasını istəyərdi. O, aldadıldığı üçün üzgündür. Mən də çox məyusam. Portuqaliya Braqada məğlub oldu. Bu, tamamilə layiqli məğlubiyyət idi və hətta onların uduzmasına sevindim”.
Ronaldonun anası oğlunun komanda yoldaşlarının ona münasibətindən də narazılığını gizlətməyib:
“Onların heç biri Ronaldoya hörmət etmirdi. Mən belə hiss edirdim. Hətta öz komanda yoldaşları da ona hörmət göstərmirdilər”.
O, Portuqaliya Futbol Federasiyasının Danimarka ilə matçdan əvvəl Ronaldonun şərəfinə təşkil etdiyi mərasimi də tənqid edib:
“Braqada Ronaldonun şərəfinə keçirilən mərasim xoşuma gəlmədi. Çünki belə tədbir həmin şəxsin iştirakı ilə təşkil olunmalıdır, onun yoxluğunda yox. Əsl mükafatlandırma mərasimini “Sportinq” keçirməlidir. Ronaldonun xidmətlərini məhz orada həqiqətən qiymətləndirərlər”.
Dolores Aveyru futbolçu ilə baş məşqçi Jorje Jezuş arasındakı münasibətlər barədə suala isə belə cavab verib: “Onların münasibəti mənim sizinlə münasibətim kimidir”.
Qeyd edək ki, Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki 23 illik karyerasını başa vurduğunu açıqlayıb. Onun bu qərarının baş məşqçi Jorje Jezuşla yaşadığı ciddi münaqişə ilə əlaqəli olduğu iddia edilir.



No Comment! Be the first one.