Azərbaycanlı məşqçi Avropanın ən yaxşısı oldu
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət kikboksinq üzrə milli komandasının baş məşqçisi, Əməkdar məşqçi və Prezident mükafatçısı Hikmət Hacıyev növbəti uğura imza atıb.
Sportify.az xəbər verir ki, o, Şimali Makedoniyanın Skopye şəhərində keçirilən 2026-cı il WAKO Avropa çempionatında ikinci dəfə “Ən yaxşı məşqçi” mükafatına layiq görülüb.
Qeyd edək ki, mükafat Hacıyevə WAKO Avropanın prezidenti Espen Lund tərəfindən təqdim olunub.



No Comment! Be the first one.