Faiq Qarayev millimizlə görüşdü
Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti, Azərbaycanın qadın voleybolçulardan ibarət komandasının baş məşqçisi Faiq Qarayev Avropa çempionatının 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) çıxış edəcək qızlardan ibarət U-16 yığmasının üzvləri ilə görüşüb.
Sportify.az xəbər verir ki, təcrübəli mütəxəssis bu cür beynəlxalq yarışların gənc idmançılara böyük təcrübə qazandırdığını vurğulayıb, perspektivli oyunçuların gələcəkdə əsas millinin heyətində yer alacaqlarına ümidini ifadə edib.
Vitse-prezident voleybolçulara hədəflərinə çatmaq üçün daha ciddi və əzmlə çalışmalarını tövsiyə edib. O, voleybolçuların yarışda uğurlu çıxış edəcəyinə inamını bildirib və onlara uğurlar arzulayıb.



No Comment! Be the first one.