Həsən Zeynalov: Hansısa əcnəbini sırf Çempionlar Liqası üçün gətirmək istəmirik
“İlk növbədə, bayramlarımız münasibətilə təbrik edirik. İnşallah, bayram bayrama qarışacaq”.
Sportify.az xəbər verir ki, bunu “Turan” VC-nin prezidenti Həsən Zeynalov Bolqarıstan təmsilçisi “Marista” ilə keçirəcəkləri CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasından əvvəl keçirilən mətbuat konfransında deyib.
“Qrup mərhələsinə düşəcəyimiz halda, bizə ödəniş olunmayacaq. Bu, bizə sadəcə, nüfuz qazandıracaq. Əksinə, qrupa düşdüyümüz üçün ödəniş edəcəyik. Qrupa düşsək, ev oyunlarını Tovuzda keçirmək üçün 120 azarkeşimiz çatmır. Get-gedə tribunada tamaşaçı sayını artırırıq. Alternativ variant Gəncədir. Heyətimiz tam komplektləşdirilib. Hansısa əcnəbini sırf Çempionlar Liqası üçün gətirmək istəmirik. Çünki Azərbaycan Super Liqasında limit var”.



No Comment! Be the first one.