Yuliya Kərimova: Azarkeşlərimizi qürurlandırmaq istəyirik
CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında Azərbaycan təmsilçisi “Turan Tovuz” Bolqarıstan təmsilçisi “Marista” ilə qarşılaşacaq.
Sportify.az xəbər verir ki, “Turan”ın voleybolçusu Yuliya Kərimova qarşıdakı matçla bağlı fikirlərini bölüşüb:
“Hazırlıq prosesi məhsuldar keçib. Taktikamız üzərində geniş çalışmış, rəqibimizin güclü və zəif tərəflərini təhlil etmişik. Komanda ən yaxşı voleybolunu nümayiş etdirmək əzmindədir. Hər oyun, xüsusilə də bu səviyyədə keçirilən qarşılaşmalar böyük əhəmiyyət daşıyır. Məsuliyyətimizi dərk edirik və hər xal uğrunda mübarizə aparmağa hazırıq. İntizam, komanda oyunu, diqqət və baş məşqçinin tapşırıqlarına əməl etmək əsas amillər olacaq. Əhvalımız yüksək, məqsədimiz isə qətidir. Biz bir komandayıq, bir-birimizi dəstəkləyirik və azarkeşlərimizi qürurlandırmaq üçün meydanda hər şeyimizi verməyə hazırıq”.



No Comment! Be the first one.