Raul “Oviedo”nun baş məşqçi postuna əsas namizədlərdən biridir
İspaniya təmsilçisi “Real Madrid”in sabiq hücumçusu Raul eyni ölkənin “Oviedo” klubunun baş məşqçi vəzifəsinə əsas namizədlərdən biri hesab olunur.
Sportify.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, 49 yaşlı mütəxəssisin təyinatında İspaniya klubunun sahibi olan Meksikanın “Paçuka” qrupunun prezidenti Xesus Martines maraqlıdır.
Qeyd edək ki, “Oviedo” noyabrın 9-da baş məşqçi Xulian Kalero və onun məşqçi korpusunun istefasını açıqlayıb.
Raul 2025-ci ilin mayından bəri işsizdir. O, bundan əvvəl altı il “Real Madrid”in ikinci komandası “Kastilya”ya rəhbərlik edib.
13 turdan sonra 21 xal toplayan “Oviedo” Sequndanın turnir cədvəlində doqquzuncu pillədə qərarlaşıb. Komanda növbəti matçını noyabrın 14-də doğma meydanda “Jirona”ya qarşı keçirəcək.
Xatırladaq ki, Raul 1994-2010-cu illərdə “Real Madrid”in formasını geyinib. O, Madrid klubunda 741 oyuna çıxıb, 323 qol vurub və 137 məhsuldar ötürmə edib. Raul “Real”la altı dəfə İspaniya çempionu olub və üç dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.


No Comment! Be the first one.