Maaşlar rekord miqdarda artır
İspaniyanın “Real Madrid” klubu 2026/2027 mövsümündə futbolçuların maaşları və transferlərin amortizasiyası üçün tarixinin ən böyük büdcəsini nəzərdə tutub.
Sportify.az xəbər verir ki, bu barədə “2Playbook” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, klub bu məqsədlər üçün ümumilikdə 707,1 milyon avro ayırıb. Bu göstərici “Real” tarixində rekord olmaqla yanaşı, Avropa futbolunun ən yüksək xərclərindən biridir və PSJ-nin büdcəsi ilə müqayisə olunur.
Ayrılan vəsaitin təxminən 40 milyon avrosu basketbol komandasına, 8,5 milyon avrosu isə qadın futbol komandasına nəzərdə tutulub.
Proqnozlara əsasən, “Real Madrid”in 2026/2027 mövsümündə ümumi gəliri rekord həddə – 1 milyard 405 milyon avroya çatacaq. Bu məbləğin 154,8 milyon avrosunun futbolçuların satışından əldə olunacağı gözlənilir. Klubun əsas fəaliyyətindən gəlirlərinin isə 1,25 milyard avro təşkil edəcəyi proqnozlaşdırılır.
“Santyaqo Bernabeu” stadionu ilə bağlı gəlirlərin 420 milyon avroya çatacağı ehtimal olunur.
Madrid klubunun xalis mənfəətinin mövsümün sonunda 14,2 milyon avro təşkil edəcəyi gözlənilir. Müqayisə üçün, ötən mövsüm bu göstərici 26,3 milyon avro olub.
Bununla yanaşı, “Real Madrid”in xalis maliyyə borcu 3 faiz azalaraq 1 milyard 367 milyon avroya düşüb. Borcun əsas hissəsi “Santyaqo Bernabeu” stadionunun yenidən qurulması ilə əlaqədardır.


No Comment! Be the first one.