Tovuzda “Turan”ın rəqibi üçün möhtəşəm qarşılanma
Qadın voleybolçular arasında Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Turan”ın qonağı olacaq Bolqarıstan “Maritsa”sı üçün Tovuzda qarşılanma mərasimi təşkil olunub.
Sportify.az xəbər verir ki, Tovuz Dəmiryol Vağzalında keçirilmiş tədbirə “Turan”ın prezidenti Həsən Zeynalov da qatılıb.
Bir qrup azarkeşin də iştirak etdiyi mərasimdə milli musiqi səsləndirilib, xanım voleybolçulara gül dəstələri təqdim olunub.
Azarkeşlər isə rəqibi alqışlayırlar.
Qeyd edək ki, noyabrın 10-da Tovuz Olimpiya İdman Kompleksində təşkil olunacaq cavab görüşü saat 18:00-da başlanacaq. İlk oyunda “Turan” səfərdə qələbə qazanıb -3:0.


No Comment! Be the first one.