Millinin noyabr ayı üçün təqvimi
Rusiya milli komandası 2026-cı ilin noyabrında iki yoldaşlıq görüşü keçirəcək.
Sportify.az xəbər verir ki, Valeri Karpinin rəhbərlik etdiyi kollektiv Özbəkistan və Venesuela yığmaları ilə qarşılaşacaq.
İlk oyun Daşkənddə, ikinci görüş isə Krasnodarda baş tutacaq.
Qarşılaşmalar FIFA-nın noyabr ayı üçün nəzərdə tutulan beynəlxalq oyunlar pəncərəsi çərçivəsində keçiriləcək. Venesuela ilə matç Rusiya millisinin 2026-cı ildə son oyunu olacaq.
Rusiya millisinin noyabr ayı üçün oyun təqvimi:
12 noyabr, cümə axşamı
19:00 – Özbəkistan – Rusiya
Daşkənd, “Paxtakor” stadionu.
17 noyabr, çərşənbə axşamı
20:00 – Rusiya – Venesuela
Krasnodar, “Krasnodar” stadionu (“Ozon Arena”).



No Comment! Be the first one.