“Mançester Siti”nin futbolçusu Rusiyaya qarşı oynamayacaq
İngiltərə klubu “Mançester Siti”nin müdafiəçisi Abduqodir Xusanov Özbəkistan millisinin Rusiya yığması ilə yoldaşlıq görüşündə iştirak etməyəcək.
Sportify.az xəbər verir ki, bu barədə Özbəkistan Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
Futbolçu noyabr toplanışı üçün açıqlanan milli komandanın heyətinə daxil edilməyib. Məşqçilər və tibbi heyət müdafiəçinin fiziki vəziyyətini nəzərə alaraq onu milliyə çağırmamaq qərarına gəlib. Məqsəd futbolçunun bərpa prosesini davam etdirməsidir. Xuasnovun yaşıl meydanlara qayıdacağı tarix hələ açıqlanmayıb.
Türkiyə klubu “Başakşehir”in hücumçusu Eldor Şomurodov isə millinin heyətinə dəvət alıb. Lakin ailə vəziyyəti ilə əlaqədar hazırlığın ilk günlərini buraxacaq.
Rusiya və Özbəkistan yığmaları arasında yoldaşlıq görüşü noyabrın 12-də Daşkənddəki “Paxtakor” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.



No Comment! Be the first one.