"Real Madrid"in futbolçuları əməkdaşları vurdular - QALMAQAL
İspaniya çempionatının 10-cu turunda keçirilən “Valensiya” – “Real” qarşılaşması (0:3) qalmaqalla yadda qalıb.
Sportify.az xəbər verir ki, münaqişələrdən biri birinci hissənin başa çatmasından sonra stadionun tunelində baş verib.
“Sport” nəşrinin yaydığı məlumata görə, gərginlik meydanda “Valensiya”nın futbolçusu Maffeo ilə “Real”ın müdafiəçisi Mark Kukurelya arasında yaşanan sərt toqquşmadan sonra başlayıb. Komandalar soyunub-geyinmə otağına yollanarkən mübahisə daha da böyüyüb. Bildirilir ki, “Real”ın futbolçuları rəqiblərinə qarşı təhqiramiz ifadələr işlədiblər.
Məlumata əsasən, insident zamanı yarımmüdafiəçi Cud Bellinqem təhlükəsizlik əməkdaşlarından birinə zərbə endirib, Antonio Rüdiger isə digər stüarda şillə vurub.
Zərərçəkənlər hadisə barədə görüşün baş hakimi Ernandes Maesoya məlumat versələr də, referi bu insidentləri matçın protokoluna daxil etməyib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib.



No Comment! Be the first one.