Fermin Lopes: “La Liqanın lideri kimi fasiləyə yollanmaq istəyirdik”
“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes İspaniya çempionatının 12-ci turunda səfərdə “Atletiko”ya qarşı qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
Sportify.az xəbər verir ki, 23 yaşlı futbolçu Madrid təmsilçisi ilə görüşdə komandasının hər iki qolunun müəllifi olub.
“Çempionatda lider kimi və üç xalla fasiləyə yollanmaq istəyirdik. Hesabı bərabərləşdirən qol üzərimizdəki təzyiqi azaltdı və oyuna daha çox nəzarət etməyə başladıq. Fasilədə danışdıq ki, ilk hissənin sonlarında etdiklərimizi davam etdirməliyik”, – deyə Lopesin sözlərini jurnalist Fabritsio Romano yayıb.
Xatırladaq ki, 12 turdan sonra 33 xal toplayan “Barselona” İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.



No Comment! Be the first one.