Solarinin Messi arzusu
Moskva klubu “Spartak”ın argentinalı yarımmüdafiəçisi Pablo Solari Rusiya çempionatının 14-cü turunda “Akron” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra komandasında hansı argentinalı futbolçunu görmək istədiyini açıqlayıb.
Sportify.az xəbər verir ki, “Argentina millisinin hansı futbolçusunu “Spartak”a transfer edərdim? Əlbəttə, Messini! Əgər o, bizimlə oynasaydı, bu, mənim arzum reallaşardı”, – deyə Solarinin sözlərini “Metaratings.ru” yayıb.
Solari Rusiya Premyer Liqasının cari mövsümündə 14 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
39 yaşlı Lionel Messi 2023-cü ilin yayından MLS-də “İnter Mayami”nin formasını geyinir. O, 2025-ci ilin oktyabrında ABŞ klubu ilə müqaviləsini 2028-ci ilin sonunadək uzadıb.



No Comment! Be the first one.