Haaland Millətlər Liqasında qol rekordunu yenilədi
Norveç millisinin hücumçusu Erlinq Haaland UEFA Millətlər Liqasında vurduğu qolların sayını 25-ə çatdıraraq turnirin rekordunu yeniləyib.
Sportify.az xəbər verir ki, 26 yaşlı forvard noyabrın 17-də Danimarka ilə səfər oyununda (3:2) dubl edib. O, ilk hissənin sonlarına yaxın və ikinci hissəyə əlavə olunmuş dəqiqələrdə fərqlənib.
UEFA-nın rəsmi saytının məlumatına görə, Haaland ən yaxın izləyicisi, İsveç millisinin hücumçusu Viktor Dyökeresi 9 qol qabaqlayır. Dyökeresin hesabında 16, Aleksandar Mitroviç və Kriştiano Ronaldonun aktivində isə 15 qol var.
Haaland cari turnirdə qrup mərhələsinin altı oyununda 6 qol vurub.
Qeyd edək ki, Haaland turnirin tarixində iki dəfə het-trik edən yeganə futbolçudur.


No Comment! Be the first one.