AFFA nümayəndəsinə UEFA-dan təyinat
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Sportnet.az xəbər verir ki, Cəfərov UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “İberia” (Gürcüstan) – “Larne” (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma avqustun 11-də Tbilisi şəhərindəki “Mixail Mesxi” stadionunda keçiriləcək.



No Comment! Be the first one.