“Barselona” Rodri üçün hərəkətə keçdi
“Barselona” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi üçün danışıqları davam etdirir.
Sportify.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya təmsilçisi ispaniyalı futbolçunun keçidini reallaşdıracağına inanır. “Barselona” ilkin olaraq Rodri üçün 45 milyon avrodan bir qədər artıq məbləğ ödəməyə hazır olsa da, “Mançester Siti” daha yüksək transfer haqqı tələb edir.
Romano bildirib ki, Rodri də karyerasını “Barselona”da davam etdirmək istəyir.
30 yaşlı yarımmüdafiəçi 2025/2026-ci illər mövsümündə İngiltərə Premyer Liqasında 21 oyunda iştirak edib və 1 qol vurub. O, UEFA Çempionlar Liqasında isə 5 matçda forma geyinib.


No Comment! Be the first one.