Altay Bayındır “Selta Viqo”ya keçdi
“Mançester Yunayted” qapıçısı Altay Bayındırın mövsümün sonunadək icarə əsasında “Selta Viqo”ya keçdiyini rəsmən açıqlayıb.
Sportify.az xəbər verir ki, Türkiyə millisinin üzvü 2026/27-cı illər mövsümünü La Liqa klubunun heyətində keçirəcək.
28 yaşlı qapıçı 2023-cü ildən “Mançester Yunayted”in formasını geyinirdi. O, İngiltərə klubunun heyətində bütün turnirlər daxil olmaqla 17 oyunda meydana çıxıb, qapısından 31 top buraxıb və 3 matçda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, “Selta Viqo” ötən mövsüm La Liqanı 6-cı pillədə başa vuraraq UEFA Avropa Liqasına vəsiqə qazanıb.



No Comment! Be the first one.