“Dinamo” Ratkovu istəyir
“Dinamo Moskva” “Latsio”nun hücumçusu Petar Ratkovu transfer etmək istəyir.
Sportify.az xəbər verir ki, Moskva təmsilçisi 23 yaşlı serbiyalı forvard üçün İtaliya klubuna 15 milyon avroluq təklif göndərib.
Ratkov mövsümöncəsi hazırlıq mərhələsində özünü yaxşı tərəfdən göstərib. Hücumçu keçirdiyi 4 yoxlama oyununda 6 qol vuraraq baş məşqçi Cennaro Qattuzonun diqqətini çəkib. O, yeni mövsümdə “Latsio”nun əsas ümidlərindən biri hesab olunurdu.
Ratkov cəmi 8 ay əvvəl “Roma”dan “Latsio”ya keçib. Paytaxt klubu onun transferi üçün 15 milyon avro ödəyib. Serbiyalı futbolçu ötən mövsümün ikinci yarısında “Latsio”nun heyətində cəmi bir oyunda meydana çıxıb.
Buna baxmayaraq, “Dinamo Moskva”nın təklifi “Latsio”nun planlarını dəyişə bilər. İtaliya mətbuatının məlumatına görə, paytaxt klubu Ratkovun satışından əldə olunacaq vəsait hesabına “Benfika”nın hücumçusu Franyo İvanoviçi transfer etməyə hazırlaşır. Bu keçidin təxminən 20 milyon avroya başa gələcəyi bildirilir.
Beləliklə, Ratkovun “Latsio”dakı gələcəyi yaxın günlərdə müəyyənləşə bilər.



No Comment! Be the first one.