NBA-da ən pis geyinən məlum oldu
“Hyuston Rokets”in oyunçusu Markus Smart NBA-də ən pis geyinən basketbolçunun adını açıqlayıb.
Sportify.az xəbər verir ki, 32 yaşlı basketbolçu “Milauki Baks”ın forvardı Kayl Kuzmanın geyim tərzini bəyənmədiyini bildirib.
Qeyd edək ki, Markus Smart iyulun əvvəlində “Hyuston Rokets”lə ümumi dəyəri 13 milyon dollar olan 2 illik müqavilə imzalayıb.
Smart ötən mövsümü “Los-Anceles Leykers”də keçirib. O, müntəzəm çempionatda hər oyuna orta hesabla 9,3 xal, 2,8 ribaund, 3 məhsuldar ötürmə və 1,4 topalma ilə yadda qalıb. Basketbolçunun meydandan dəqiq atış faizi 49,7, üçxallıq atışlarda göstəricisi 33,1, cərimə atışlarında isə 82,2 faiz olub.



No Comment! Be the first one.