Futbolda zədələnmiş oyunçuların meydandan kənar müalicə və müayinəsi, eləcə də ‘A’ milli komandaların yoldaşlıq oyunlarında ehtiyat oyunçuların sayı ilə bağlı qaydalar yenilənib.
Sportify.az xəbər verir ki, bu qaydalar UEFA-nın yeni təlimatlarında öz əksini tapıb.
Yeni qaydalara əsasən, qapıçı zədələndikdə oyunçu bir dəqiqə ərzində oyun sahəsini tərk etməli deyil. Eyni zamanda, qapıçı ilə meydan oyunçusu toqquşduqda və tibbi diqqətə ehtiyac olduqda, həmçinin eyni komandadan olan oyunçular toqquşduqda və tibbi diqqət tələb olunduqda da oyunçunun bir dəqiqə ərzində meydanı tərk etməsi tələb edilmir.
Bununla belə, oyun baş zədəsinə görə dayandırılıbsa və ya oyunçu baş zədəsinə görə müayinə və müalicə olunursa, o, bundan sonra bir dəqiqə ərzində oyun sahəsini tərk etməlidir. Bu müddət oyunçunun oyunu davam etdirməsinin təhlükəsiz olub-olmadığının tibbi baxımdan qiymətləndirilməsi üçün nəzərdə tutulub.
Qayda 3 – Oyunçular
‘A’ milli komandaların yoldaşlıq oyunlarında ehtiyat oyunçuların sayı da artırılıb. Belə ki, komandalar indi səkkiz adı göstərilmiş ehtiyat oyunçudan istifadə edə bilər. Hər iki komanda razılaşarsa, bu say maksimum 11-ə qədər artırıla bilər.
Bununla yanaşı, hər komanda üç əvəz etmə imkanı ilə məhdudlaşdırılır.




No Comment! Be the first one.