“Çelsi”nin qapıçısı “Strasburq”a icarəyə verildi
“Çelsi”nin qapıçısı Filip Yörgensen mövsümün sonuna qədər Fransanın “Strasburq” klubunda icarə əsasında çıxış edəcək.
Sportify.az xəbər verir ki, London klubunun mətbuat xidməti 23 yaşlı qolkiperin Fransaya yollandığını rəsmən açıqlayıb.
Qeyd edək ki, “Strasburq”un sahibi də “Çelsi”nin sahibi olan “BlueCo” konsorsiumudur.
Yörgensen 2024-cü ildən “Çelsi”nin formasını geyinir. Danimarkalı qapıçı ötən mövsüm London təmsilçisinin heyətində 12 oyunda meydana çıxıb və 17 qol buraxıb. O, iki matçda isə qapısını toxunulmaz saxlayıb.



No Comment! Be the first one.