Tramp İnfantinonu müdafiə etdi
ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonu dəstəkləyib.
Sportify.az xəbər verir ki, Trampın sözlərinə görə, FIFA İnfantinonu vəzifəsindən uzaqlaşdırmağı düşünərsə, bu, böyük səhv olar:
“FIFA hər hansı səbəbdən Canni İnfantinonu dəyişdirməyi düşünsə, dəhşətli səhvə yol verər. O, sadəcə möhtəşəmdir!”
Tramp İnfantinonun rəhbərliyi altında keçirilən son dünya çempionatının tarixdə ən uğurlu turnir olduğunu iddia edib. O, yarışın əvvəlki dünya çempionatlarından dörd dəfə daha gəlirli olduğunu bildirib.
ABŞ Prezidenti İnfantinonun ayrılacağı təqdirdə dünya çempionatının bir daha bu qədər gəlirli olmayacağını vurğulayıb.



No Comment! Be the first one.