“Sabah”ın rəqibi “Srvena Zvezda”nın baş məşqçisini istefaya göndərdi
Serbiya “Srvena Zvezda”sının baş məşqçisi Deyan Stankoviç Çempionlar Liqasının III təsnifat mərhələsində evdə İsrailin “Hapoel Beer Şeva” komandasına 0:2 hesablı məğlub olduqları cavab görüşündən sonra istefa verməyi qərara alıb.
Sportify.az xənər verir ki, Belqraf klubunun Çempionlar Liqasında mübarizəni dayandırmasının ardından Stankoviçin istefası gündəmə gəlib.
Cəzalı olduğu üçün ehtiyat oyunçular skamyasında yer ala bilməyən 48 yaşlı mütəxəssis qərb tribunasındakı azarkeşlərin etirazı ilə üzləşib.
Klubun direktorlar şurasının bu gün günorta saatlarında təcili iclas keçirəcəyi gözlənilir. İclasda Stankoviçlə müqavilənin ləğv olunması barədə qərar qəbul ediləcək.
Qeyd edək ki, “Hapoel Beer Şeva” Çempionlar Liqasının pley-off mərhələsində “Sabah”la üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk oyununu avqustun 19-da səfərdə, cavab görüşünü avqustun 25-də evdə keçirəcək.



No Comment! Be the first one.